
Azərbaycan Premyer Liqasında XXXIV turunun "Sabah" - "Şamaxı" oyunu dayandırılıb.
Sportnet.az xəbər verir ki, buna səbəb görüşün keçirildiyi "Bank Respublika Arena"da işiqların sönməsidir.
Stadionda işiqlar ikinci dəfə sönəndən sonra baş hakim Fərid Hacıyev 42-ci dəqiqədə matça fasilə verib. Bir neçə dəqiqəlik fasilədən sonra oyun dayandırıldığı yerdən davam etdirilib.
Hazırda hesab bərabərdir - 1:1.
Qeyd edək ki, bir müddət əvvəl "Sabah"ın oyunu zamanı "Bank Respublika Arena"da su verilişi dayanmışdı.