
Azərbaycan I Liqasının çempionu “Qəbələ”yə qızıl medalların təltif olunma mərasiminin vaxtı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu, mayın 15-də XXVI turun “Zaqatala” ilə oyunundan dərhal sonra baş tutacaq.
Matçdan əvvəl isə Qəbələ şəhər stadionunda klubun yeni sponsoru ilə müqavilənin imzalanma mərasimi keçirləcək. Anlaşmaya əsasən, şirkətin loqosu futbolçuların formalarında yerləşdiriləcək.
“Zaqatala” ilə görüş saat 16:00-da start götürəcək.
Qeyd edək ki, Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi komanda mövsümün sonuna 7 tur qalmış Premyer Liqaya vəsiqəni, 2 tur qalmış isə çempionluğu təmin edib.