
Fransa təmsilçisi "Lill"in formasını geyinən Devid Conatan cari mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.
Sportnet.az xəbər verir ki, bu barədə kanadalı hücumçu özü sosial şəbəkə hesabında paylaşım edib.
25 yaşlı oyunçunun Liqa 1 kollektivi ilə olan müqavilə müddəti bu ilin yayında başa çatır.
Qeyd edək ki, 2020-ci ildən "Lill"də çıxış edən Devid Conatan 231 oyunda 109 qol vurub və 30 dəfə assist edib.