
İspaniyanın "Espanyol" klubunun qapıçısı Xuan Qarsiya karyerasını "Barselona"da davam etdirə bilər.
Sportnet.az "AS" nəşrinə istinadən xəbər verir ki, kataloniyalılar yay "transfer pəncərəsi"ndə 24 yaşlı qolkiperlə müqavilə imzalamağı planlaşdırır.
Onun "Espanyol"la olan sözləşməsi 2028-ci ilin yayında başa çatacaq.
Məşhur "Transfermarkt" portalı "əlcək sahibi"nin dəyərini 20 milyon avro qiymətləndirir. Qapıçı daha əvvəl İngiltərənin "Arsenal" klubunun da diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, X.Qarsiya cari mövsümdə meydana çıxdığı 35 oyunda 44 qol buraxıb, 7 görüşdə isə qapısında qol görməyib.