
"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim gələcəyi haqda danışıb.
Sportnet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o deyib:
"Bura gəldiyim gündən bəri daim keyfiyyət standartlarından danışıram. Premyer Liqadakı nəticələrimizə səssiz qalıb məsuliyyəti üzərimə götürməmək düzgün olmazdı. Amma təslim olmaq və buradan getmək fikrindən uzağam. Yaxşı oyun sərgiləməliyik. Əgər bunu edə bilməsək, bizi başqaları əvəz edəcək. Bu, futbolda adi haldır".
Qeyd edək ki, hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində “Mançester Yunayted” 16-cı pillədə qərarlaşıb və aktivində 39 xal var. Komandanın qarşısında duran ən vacib vəzifələrdən biri isə 21 mayda Avropa Liqasının finalında "Tottenhem"lə keçirəcəyi oyundur.