
İngiltərənənin “Aston Villa” klubu La Liqa təmsilçisi “Barselona”nın futbolçusu Ferran Torresə maraq göstərir.
Sportnet.az “Birmingham Mail”ə istinadən xəbər verir ki, Birmingem klubu ispaniyalı hücumçunu yayda transfer edə bilər.
“Barselona” 25 yaşlı oyunçu üçün 50 milyon avroluq təklifi nəzərdən keçirməyə hazırdır.
Transfermarkt portalı futbolçunun bazar dəyərini 28 milyon avro göstərir.
Qeyd edək ki, Ferran Torres cari mövsüm bütün turnirlərdə 45 oyuna çıxıb, 19 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.