
Xabi Alonsonun rəhbərliyi altında “Bayer Leverkuzen” son iki mövsümdə Bundesliqada ardıcıl 34 səfər oyununda məğlub olmayıb.
Sportnet.az “Opta” nəşrinə istinadən xəbər verir ki, bununla da ispaniyalı mütəxəssis Almaniya çempionatında yeni rekorda imza atıb.
Məlumata görə, bu rəqəm həm klub, həm də Bundesliqa rekordudur. Tarixdə heç bir məşqçi belə məğlubiyyətsiz səfər nəticəsi göstərməyib. 34 matçda Alonsonun komandası 8 heç-heçə edib, 24 qələbə qazanıb.
Qeyd edək ki, 2023/2024 mövsümündə Leverkuzen klubu Almaniyada çempion olub. 2024/2025 mövsümündə isə “Bayer” mövsümü ikinci yerdə başa vurub.
43 yaşlı ispaniyalı məşqçinin növbəti mövsümdə “Real Madrid”in baş məşqçisi postunu tutacağı gözlənilir.