
"Neftçi"nin 5-ci pilləyə qalxmaq şansı qaldığından, bizə qarşı daha aqressiv oynacaqlarını bilirdik".
Sportnet.az xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Elvin Məmmədov Azərbaycan Premyer Liqasının XXXV turunda səfərdə “Neftçi"yə 0:3 hesabı ilə məğlub olduqları görüşdən sonra mətbuat konfransında deyib.
37 yaşlı mütəxəssis ilk dəqiqədə buraxdıqları qoldan sonra oyunun sındığını bildirib: "Mövsümün bitməsinə bir tur qalıb, bundan sonraki proseslərə baxmalıyıq".
Məmmədov növbəti mövsüm I Liqada iddialı olmaq istədiklərini söyləyib: "Bu barədə rəhbərliklə görüşüb tam söhbət etməmişik. Ümid edirəm ki, I Liqada iddialı olacağıq və Premyer Liqaya dönəcəyik. Rəhbərliyin də hədəfi Premyer Liqaya dönməkdir. Amma maliyyə məsələsi də var. Xeyirdirsə, bu yolda davam edəcəyik".