
"Təbii ki, hər şeyin bitməsi üzücüdür".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin və "Nürnberq"in futbolçusu Mahir Emreli Almaniya II Bundesliqasının sonuncu - XXXIV turunda səfərdə "Ayntraxt Braunşveyq" klubunu 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra "Bild" nəşrinə açıqlamasında deyib.
Matçda het-trikə imza atan hücumçu "Nürnberq" karyerası barədə söz açıb: "Nürnberq" karyeram qısa, lakin çox xoş bir dövr oldu. Klubla bu şəkildə vidalaşa bildiyim üçün şadam".
Emreli gələcək planlarından danışıb: "Menecerimə dedim ki, məni mövsümün sonuna qədər tək qoysun. Hələ heç bir qərar verməmişəm. Son matça kimi bütün diqqətimi "Nürnberq"ə yönəltməyim vacib idi".
Qeyd edək ki, Mahir Emreli "Nürnberq"lə mövsümün sonunda bitən müqaviləsini yeniləməyəcək.