
Futbol üzrə Moldova çempionatının qalibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Super Liqanın pley-off mərhələsinin X turunda "Şerif"lə qolsuz heç-heçə edən "Milsami" 2024/2025 mövsümünün qızıl medallarını təmin edib.
Qazanılan bir xal sayəsində "qartallar" turnir cədvəlinin ilk pilləsini digər rəqiblər üçün əlçatmaz edib.
Beləliklə, "Milsami" tarixində ikinci dəfə Moldova çempionu adını qazanıb. Klub ilk titulunu 2014/2015 mövsümündə qazanıb.
Qeyd edək ki, "Milsami" növbəti mövsüm Moldovanı UEFA Çempionlar Liqasında təmsil edəcək.