
İspaniyanın "Barselona" klubu futbolçusu Rafinya ilə müqavilənin uzadılması barədə razılığa gəlib.
Sportnet.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, yeni sözləşmə 2028-ci ilədək nəzərdə tutulub.
Hazırkı anlaşma isə 2027-ci ildə başa çatacaq.
Qeyd edək ki, bu mövsüm Rafinya "Barselona"da 56 oyuna 34 qol və 25 məhsuldar ötürmə müəllifi olub. Transfermarkt portalı 28 yaşlı braziliyalı hücumçuya 80 milyon avro qiymət qoyub.