
UEFA 2024/2025 mövsümündə Avropa Liqasında ən yaxşı oyunların siyahısını açıqlayıb.
Sportnet.az xəbər verir ki, səsvermə üçün azarkeşlərin ixtiyarına buraxılan 10 matç sırasında Liqa mərhələsində "Qarabağ"ın Rumıniyanın FCSB komandasına qarşı keçirdiyi VII tur görüşü də var.
Yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunmuş oyun qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2. Qitə futbol qurumunun bu matçla bağlı hazırladığı yazıda bildirilir:
"Leandro Andrade meydan sahiblərini 60 saniyə ərzində irəli çıxardı. Lakin meydan pinq-ponq oyununa 7-ci dəqiqədə Adrian Şut baş zərbəsi ilə hesabı bərabərləşdirdikdən sonra hazır idi. Coyskim Dava topu öz qapısına göndərək, ev komandasına üstünlüyü yenidən qaytardı. Lakin fasiləyədək hesab bir daha bərabərləşdi. David Mikulesku künc zərbəsindən sonra uzaq küncü dəqiq nişan aldı.
FCSB-nin kapitanı Şut ikinci hissədə də kornerdən daha bir baş zərbəsi ilə tarazlığı pozdu və "dubl"unu ötən il dünyasını dəyişmiş atasının xatirəsinə jestlə qeyd etdi.
Oyundan sonra o dedi: "Fikrimcə, onu bir daha fəxr hissi keçirməyə vadar etdim".
VIII turda "Mançester Yunayted"ə qarşı keçirəcəyi görüş öncəsi bu nəticə FCSB-nin növbəti mərhələdəki yerini təsdiqlədi".
"10-luğ"a Türkiyə təmsilçilərindən "Qalatasaray"ın 2, "Fənərbağça"nın 1 oyunu da düşüb:
"Budö Qlimt" (Norveç) - "Portu" (Portuqaliya) - 3:2
"Portu" (Portuqaliya) - "Mançester Yunayted" (İngiltərə) - 3:3
"Qalatasaray" (Türkiyə) - "Elfsborq" (İsveç) - 4:3
"Qalatasaray" (Türkiyə) - "Tottenhem" (İngiltərə) - 3:2
"Lion" (Fransa) - "Ayntraxt Frankfurt" (Almaniya) - 3:2
"Qarabağ" (Azərbaycan) - FCSB (Rumıniya) - 2:3
"Anderlext" (Belçika) - "Hoffenhaym" (Almaniya) - 3:4
"Budö Qlimt" (Norveç) - "Tvente" (Niderland) - 5:2 (əlavə vaxtda)
"Reyncers" (Şotlandiya) - "Fənərbağça" (Türkiyə) - 0:2 (penaltilərlə - 3:2)
"Mançester Yunayted" (İngiltərə) - "Lion" (Fransa) - 5:4 (əlavə vaxtda)