
UEFA Avropa Liqasında 2024/2025 mövsümünün bombardiri adını 3 futbolçu əldə edib.
Sportnet.az-ın məlumatına görə, yarışın "Qızıl buts" mükafatı İngiltərə "Mançester Yunayted"inin yarımmüdafiəçisi Brunu Fernandeş, Norveç "Budö Qlimt"inin hücumçusu Kasper Heq və Yunanıstan "Olimpiakos"unun forvardı Ayub Əl Kaabiyə veriləcək.
Onların hərəyə 7 qol vurublar.
Daha 6 oyunçu - Barnabaş Varqa ("Ferentsvaroş", Macarıstan), Viktor Osimhen ("Qalatasaray", Türkiyə), Samuel Aqehova ("Portu", Portuqaliya), Malik Fofana ("Lion", Fransa), Rasmus Hoylunn ("Mançester Yunayted", İngiltərə), Vatslav Çernı ("Reyncers", Şotlandiya) və Yussef En-Nesiri ("Fənərbağça", Türkiyə) hərəyə 6 dəfə fərqləniblər.
Qeyd edək ki, Avropa Liqasının qalibi adını finalda "Mançester Yunayted"i 1:0 hesabı ilə yenən "Tottenhem" qazanıb.