
İspaniya “Real Madrid”inin futbolçusu Luka Modriçin bu yay komandanı tərk etmə ehtimalı yüksəkdir.
Sportnet.az COPE nəşrinə istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi həftəsonu komandadan ayrıldığını rəsmən açıqlayacaq.
"Kral klubu” 40 yaşlı oyunçu ilə müqavilənin uzadılması barədə razılığa gələ bilməyib.
Qeyd edək ki, Luka Modriç 2012-ci ildən “Real Madrid"də çıxış edir. Cari mövsümdə o, 55 oyunda 4 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.