
Almaniya millisinin UEFA Millətlər Liqasının "Dördlər finalı" üçün heyəti açıqlanıb.
Sportnet.az xəbər verir i, komanda iyunun 4-də yarımfinalda Portuqaliya ilə qarşılaşacaq.
Həlledici matçlar üçün Almaniya millisinə aşağıdakı futbolçular çağırılıb:
Qapıçılar: Oliver Baumann ("Hoffenhaym"), Alexander Nübel ("Ştutqart"), Mark-Andre ter Ştegen ("Barselona").
Müdafiəçilər: Robert Andriç, Conatan Ta ("Bayer"), Valdemar Anton ("Borussiya" Dortmund), Yann Aurel Bissek ("İnter"), Coşua Kimmix ("Bavariya"), Robin Kox ("Ayntraxt"), Maksimilian Mittelştedt ("Ştutqart"), David Raum ("Leyptsiq"),
Yarımmüdafiəçilər: Kerim Adeyemi, Paskal Qros, Feliks Nmeça ("Borussiya" Dortmund), Nadim Amiri ("Maynts"), Tom Bişoff ("Hoffenhaym"), Serj Qnabri, Leon Qoretska, Leroy Sane ("Bavariya"), Robin Qosens ("Union"),Angelo Stiller ("Ştutqart"), Florian Virtz ("Bayer").
Hücumçular: Niklas Füllkruq (“Vest Hem”), Deniz Undav (“Ştutqart”), Nik Vultemad (“Ştutqart”).
Qeyd edək ki, Millətlər Liqasında 3-cü yer uğrunda görüş və final iyunun 8-də olacaq.