
Fransanın "Monako" klubu İspaniya "Barselona"sının futbolçusu Ansu Fatinin transferini tamamlamağa yaxındır.
Sportnet.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, tərəflər 23 yaşlı ispaniyalı hücumçunun mütləq satınalma şərti ilə icarəyə götürülməsi üçün danışıqlar aparır.
Fatinin özünün də Monako təmsilçisinə keçməyə müsbət yanaşdığı bildirilir.
Qeyd edək ki, Ansu Fati cari mövsüm ərzində cəmi 11 oyunda iştirak edib. Onun "Barselona" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.