
Qusar Mərkəzi Meydanında “Şahdağ Qusar” komandasının şərəfinə qarşılanma mərasimi və konsert proqramı təşkil edilib.
Sportnet.az xəbər verir ki, azarkeş izdihamı ilə müşayiət olunan mərasimdə klub prezidenti Elçin Cananov, baş məşqçi Elnur Abdullayev və komandanın kapitanı Rahid Əmirquliyev qazanılan qələbənin yalnız idman uğuru deyil, həm də birlik, həmrəylik nümunəsi olduğunu diqqətə çatdırıb.
Onlar bu qələbədə əsas pay sahiblərindən olan azarkeşlərə təşəkkürlərini ifadə ediblər.
Tədbir musiqi nömrələrinin müşayiəti ilə xüsusi təntənə və yüksək əhval-ruhiyyə ilə davam etdirilib.
Daha sonra Cananov icra başçısı Sahir Məmmədxanovla görüşərək, ona medal və komandanın xatirə köynəyini təqdim edib.