
İspaniyanın "Real Madrid" klubu Xabi Alonsonun baş məşqçi postuna təyinatını açıqlayıb.
Sportnet.az "kral klubu"nun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssislə 30 iyun 2028-ci ilədək müqavilə bağlanılıb.
Sözləşmə 1 iyun 2025-ci ildən qüvvəyə minəcək.
Alonsonun son iş yeri 2022-ci ilin oktyabrından rəhbərlik etdiyi Almaniya "Bayer"i olub. Onun rəhbərliyi altında Leverkuzen komandası Almaniya çempionluğu, ölkə kuboku və Super Kubokunu qazanıb.
"Bayer"ədək isə ispaniyalı mütəxəssis "Real Madrid"in gənclərlə iş sistemində uğurlu fəaliyyət göstərib.
Qeyd edək ki, Xabi Alonso futbolçu kimi də 2009 - 2014-cü illərdə "kral klubu"nun formasını geyinib. Alonso bu müddətdə bütün turnirlərdə 236 oyuna 6 qol və 31 məhsuldar ötürmə müəllifi olub.