
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldunun müqaviləsinin uzadılması istiqamətində danışıqlar aparır.
Sportnet.az-ın məlumatına görə, bu barədə klubun direktoru Fernando Yerro açıqlama verib.
O, razılığa gələcəklərinə ümidvar olduğunu bildirib.
Qeyd edək ki, daha əvvəl Kriştianu Ronaldunun klublararası dünya çempionatında oynamaqdan ötrü "Əl-Nəsr"i tərk edəcəyinə dair xəbərlər yayılıb. Ona mundial iştirakçılarından təkliflərin olduğu bildirilir.
Ronaldu Səudiyyə Ərəbistanı klubunda 2023-cü ilin yanvarından çıxış etməyə başlayıb. 40 yaşlı forvardın klubla müqaviləsi iyunda başa çayır. O, 105 oyunda 95 qol vurub. Bu mövsüm isə Ronaldu 25 qolla Səudiyyə Ərəbistanı çempionatının bombardiri olub.