
"Napoli"nin baş məşqçisi Antonio Kontenin klubdakı gələcəyi müəyyənəşib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əvvəlcə A seriyası təmsilçisinin prezidenti Aurelio de Laurentis sosial şəbəkə hesablarında paylaşım edib. O, mütəxəssislə bağlı bunları yazıb: "Tam sürətlə irəli! Əvvəlkindən daha güclü halda!"
Daha sonra isə "Napoli" Kontenin klubda qalacağı ilə bağlı məlumat yayıb.
Qeyd edək ki, Neapol klubu bu mövsüm italiyalı məşqçinin rəhbərliyi altında A seriyasının çempionu olub.