
İspaniyanın "Real Madrid" klubu İngiltərə millisinin futbolçusu və "Liverpul"un yetirməsi Trent-Aleksander-Arnoldun keçidini açıqlayıb.
Sportnet.az "kral klubu"nun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə 2031-ci ilin iyununadək müqavilə bağlanılıb.
Aleksander-Arnold "Liverpul"un əsas komandasında 2016-cı ildən çıxış etməyə başlayıb. O, iki dəfə İngiltərə çempionluğu, klublararası dünya çempionluğu və UEFA Çempionlar Liqasını qazanıb.
"Real Madrid" mövsümü ikinci pillədə başa vurub və Çempionlar Liqasının 1/4 finalında mübarizəni dayandırıb.