
İngiıtərənin "Liverpul" klubunun baş məşqçisi Arne Slotun keçmiş köməkçisi Con Heytinqa Niderland "Ayaks"ının sükanı arxasına keçib.
Sportnet.az Amsterdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssislə 2027-ci il iyunun 30-dək müqavilə bağlanılıb.
Heytinqa "Ayaks"la iş təcrübəsinə malikdir. 2022/2023 mövsümündə o, komandada müvəqqəti baş məşqçi kimi çalışıb. Həmin vaxt gənc mütəxəssisin rəhbərliyi altında komanda 22 oyun keçirib və 3-cü yeri tutub. Ölkə kubokunun finalında paytaxt klubu PSV-yə uduzub.
2024/2025 mövsümündə isə "Ayaks"ın baş məşqçisi Françesko Farioli olub. Komanda 9 xal öndə olmasına baxmayaraq, çempionluq mübarizəsində PSV-yə uduzub. İtaliyalı mütəxəssis rəhbərliklə fikir ayrılığına görə vəzifəsini tərk edib.