
"Ağır oyun oldu, çoxlu emosiyalarımız var".
Bunu Sportnet.az-a açıqlamasında "Sabah" komandasının futbolçusu Anatoli Nuriyev Azərbaycan Kubokunun finalında "Qarabağ"ı 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
29 yaşlı yarımmüdafiəçi əla oyuna görə "Qarabağ"a təşəkkür etməyi də unutmayıb: "Rəqib komandaya da sərgilədiyi oyuna təşəkkür edirik. Ən ağır oyunu ən yaxşıya çevirdik. Ona görə də əla qarşılaşma alındı".