
Türkiyə milli komandanın 3 futbolçusu heyətdən kənarlaşdırılıb.
Sportnet.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasından məlumat verilib.
Məlumata görə, Hakan Çalhanoğlu, Uğurcan Çakır və Mustafa Hekimoğlu zədə səbəbindən ABŞ-nin Boston şəhərinə yollanacaq heyətdən kənarda qalıb.
“Qalatasaray”lı Əhməd Kutucu isə yığmasının heyətinə cəlb edilib.
Qeyd edək ki, “ay-ulduzlular” Bostonda ABŞ və Meksika yığmaları ilə yoldaşlıq oyunları keçirəcək.