
Sloveniyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ" klubunun baş məşqçisi Dorinel Muntyanu Rumıniyaya qayıdıb. Bu barədə Sportnet.az-a klubun meneceri Səbuhi Səfiyarlı məlumatverib.
Təcrübəli mütəxəssis Vətənə bir sıra sənədləri imzalamaq üçün yollanıb. O, bu gün axşam yenidən Sloveniyaya qayıdaraq, komandasının yanında olacaq.