
Türkiyənin "Fənərbağça" klubu idman direktoru Mario Branko ilə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
49 yaşlı portuqaliyalı funksionerlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Mario Branko 2022-ci ildən "Fənərbağça"da çalışırdı. O, baş məşqçi Joze Mourinyonun "sarı-lacivərtlər"ə keçidində mühüm rol oynayıb.