
İtaliyanın "Komo" klubu İspaniya təmsilçisi "Barselona"nın futbolçusu Aleks Valyeni tam transfer edib.
Sportnet.az xəbər verir ki, bu barədə kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İtaliya klubu bu ilin fevralından "Barselona"nın B komandasından icarə əsasında heyətinə qatdığı 21 yaşlı ispaniyalı müdafiəçinin satın alınması variantından yararlanıb.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan A.Valye "Komo"nun heyətində A Seriyasında 15 matçda meydana çıxıb. Futbolçu 6 milyon avro dəyərində qiymətləndirilir.