
Almaniyanın “Bayer Leverkuzen” klubu Niderland yığmasının qapıçısı Mark Flekkeni transfer edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2023-cü ildən İngiltərənin “Brentford” klubunda çıxış etmiş niderlandlı qolkiperlə müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Daha öncə mətbuatda yer alan məlumatlara görə, Leverkuzen təmsilçisi Flekkenin transferi üçün “Brentford” klubuna 10 milyon avro ödəyib.
Ötən mövsüm 31 yaşlı qapıçı bütün turnirlərdə 39 oyunda iştirak edib və onların 8-də qapısını toxunulmaz saxlayıb. Flekkenin “Brentford”la müqaviləsi 2027-ci ilə qədər idi. Transfermarkt portalının təqdim etdiyi məlumata əsasən, qapıçının bazar dəyəri 10 milyon avro təşkil edir.