
Böyük Britaniya hökuməti iş adamı Roman Abramoviçi məhkəmə ilə hədələyib.
Sportnet.az "Reuters"ə istinadən xəbər verir ki, rusiyalı biznesmenin "Çelsi"nin satışından əldə etdiyi 3,4 milyard dollarlıq dondurulmuş vəsaitinin alınması üçün hökumət səylərini aktivləşdirməyə hazırdır.
Maliyyə naziri Reyçel Rivz və xarici işlər naziri Devid Lemminin birgə bəyanatında deyilir: “Hökumət ‘Çelsi’ klubunun satışından əldə olunan vəsaiti Ukraynada humanitar ehtiyaclara yönəltmək niyyətindədir. Lakin təəssüf ki, cənab Abramoviçlə bu istiqamətdə hələ razılıq əldə olunmayıb. Bu bizi ciddi şəkildə məyus edir”
Qeyd olunur ki, Britaniya tərəfi vəsaitin yalnız Ukraynada istifadə olunmasını istəyir. Lakin Abramoviç həmin məbləğin hər iki tərəfə yönəldilməsini arzulayır.