
İtaliyanın "İnter" komandasının baş məşqçisi Simone İnzaqi klubdan ayrılıb.
Sportnet.az xəbər verir ki, bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb.
Qərar bu gün keçirilən görüşdən sonra qarşılıqlı razılıqla qəbul olunub.
Bundan əvvəl məşhur insayder Fabritsio Romano məlumat vermişdi ki, 49 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun baş məşqçisi olacaq.
Qeyd edək ki, Simon İnzagi 2021-ci ildən “İnter”in baş məşqçisi idi. Onun rəhbərliyi ilə klub 2023/2024 mövsümündə İtaliya çempionu olub və iki dəfə Çempionlar Liqasının finalında oynayıb.