
Ukrayna millisinin və İngiltərənin "Bornmut" komandasının futbolçusu İlya Zabarnı Fransa PSJ-sinə keçməyə razılaşıb.
Sportnet.az RMC Sport-a istinadən xəbər verir ki, Paris klubunun idman direktoru Luis Kampos iyunun 2-də "Bornmut"un düşərgəsində olub. Söhbət zamanı 22 yaşlı müdafiəçi PSJ-yə transferinə müsbət yanaşıb.
Daha əvvəl L Equipe nəşri komandada rusiyalı qapıçı Matvey Safonovun yer alması səbəbindən onun Fransa klubuna keçmək istəmədiyini yazıb.
Gənc futbolçu "Bornmut"a 2023-cü ildə "Dinamo Kiyev"dən keçib.
Qeyd edək ki, Ukrayna millisi 2026-cı il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda qərarlaşıb.