
2025-ci il “Qızıl top” mükafatına namizədlərin reytinqi yenilənib.
Sportnet.az “Goal” nəşrinə istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının finalından sonra tərtib olunan siyahının ilk "onluğ"unda Fransa PSJ-sinin futbolçuları Dezire Due, Aşraf Hakimi və Xviça Kvaratsxeliya yer alıblar.
Kvaratsxeliya hazırda 7-ci yerdə qərarlaşıb.
Siyahıya PSJ-nin hücumçusu Usman Dembelenin başçılıq etdiyi bildirilir. İkinci pillədə İspaniya “Barselona”sının gənc ulduzu Lamin Yamal, üçüncü yerdə isə İngiltərə “Liverpul”unun hücumçusu Məhəmməd Salah qərarlaşıb.
Bundan başqa, Kilian Mbappe (“Real Madrid”, İspaniya), Pedri (“Barselona”, İspaniya) və Harri Keyn (“Bavariya”, Almaniya) da ilk "onluğ"a daxil olublar.