
İtaliyalı məşqçi Simone İnzaqi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun baş məşqçisi olub.
Sportnet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
Məlumata görə, 49 yaşlı mütəxəssislə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Yada salaq ki, iyunun 3-də İnzaqi 2021-ci ildən rəhbərlik etdiyi "İnter"in baş məşqçisi postunu tərk edib.