
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Benin millisinin dayaq yarımmüdafiəçisi Sessi D’Almeyda ilə 2+1 illik müqavilə bağlanıb.
Fransanın Bordo şəhərində anadan olan Sessi D’Almeyda eyniadlı klubun yetirməsidir. Fransa, İngiltərə, Portuqaliya liqalarında çıxış edib, son mövsümü “Apollon Limassol”da (Kipr) keçirib.
34 matçda meydana çıxan 29 yaşlı futbolçu 1 qola imza atdığı Benin milli komandası ilə bu il dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək Afrika Millətlər Kubokuna vəsiqə qazanıb.