
Daha 2 ölkə 2026-cı il dünya çempionatına birbaşa vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, Bunlar İordaniya və Cənubi Koreya milliləridir.
İordaniya Asiya zonası üzrə 3-cü seçmə mərhələnin 9-cu tur matçında Omanı 3:0 hesabı ilə üstələyib. Hər 3 qolu Ali Olvan aktivinə yazıb.
Beləliklə, sona 1 tur qalmış xalını 16-ya çatdıran İordaniya B qrupunda 2-ci yeri tutub və tarixində ilk dəfə mundialda iştirak hüququna yiyələnib. 10 xala malik Oman 4-cü yerdə olsa da, 4-cü seçmə mərhələyə vəsiqə şansını saxlayıR
Cənubi Koreya isə səfərdə İraq üzərində 2:0 hesablı qələbə sayəsində dünya çempionatına vəsiqəni təmin edib. Qolları Çjin Qyu Kim və O Hen Qyu vurub. 26-cı dəqiqədə Ali Əl-Həmadi qırmızı vərəqə alıb və nəticədə İraq sonadək azlıqda qalıb.
Beləliklə, Cənubi Koreya 19 xalla B qrupunun lideri kimi mundiala yüksəlib. 12 xala malik İraq 3-cü yerdə gedir və 4-cü seçmə mərhələyə çıxmağa şanslıdır.
Xatırladaq ki, daha əvvəl Özbəkistan da tarixində ilk dəfə Asiya zonasından dünya çempionatına vəsiqə əldə edib.