
İtaliya "Roma"sına Can Pyero Qasperini baş məşqçi təyin olunub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssislə 2028-ci ilədək müqavilə bağlanılıb.
Qasperininin son iş yeri 2016-cı ildən çalışdığı "Atalanta" olub. Onun rəhbərliyi altında Berqamo təmsilçisi 2023/2024 mövsümündə UEFA Avropa Liqasının qalibi olub.