
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Arda Gülər komandanı tərk edə bilər.
Sportnet.az "El Nacional"a istinadən xəbər verir ki, türkiyəli yarımmüdafiəçi Fransa PSJ-sinin maraq dairəsinə düşüb.
Parislilərin baş məşqçisi Luis Enrike rəhbərlikdən 20 yaşlı oyunçunun keçidini tələb edib.
"River Pleyt" klubundan Franko Mastantuononun "kral klubu"na mümkün keçidi Gülərin PSJ-yə transferinin ehtimalını artırır.
Qeyd edək ki, Arda Gülər 2023-cü ilin yayından "Real Madrid"in şərəfini qoruyur. O, ötən mövsüm ərzində meydana çıxdığı 44 oyunda 5 qol və 8 məhsuldar ötürmə müəllifi olub.