
İspaniyanın “Barselona” klubu futbolçusu Mark-Andre ter Ştegenlə yollarını ayıracaq.
Sportnet.az “Sports.es”ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi, eləcə də komandanın baş məşqçisi Hans-Diter Flik artıq 33 yaşlı qapıçıya güvənmir.
Mənbənin sözlərinə görə, almaniyalı mütəxəssis həmyerlisinin dizindən aldığı ciddi zədədən sonra davranışından məyus olub. Xüsusilə, Flik ter Ştegenin onu UEFA Çempionlar Liqasının yarımfinalında İtaliya "İnter"i ilə oyunlarına buraxmaq tələbindən narazı qalıb.
Qeyd edək ki, Mark-Andre ter Ştegen 2014-cü ilin yayından "Barselona"da çıxış edir. O, ötən ilin sentyabrında zədələndiyi üçün mövsümün bir çox hissəsini buraxıb. Ter Ştegenin klubla müqaviləsi 2028-ci ilin yayına kimi hesablanıb.