
Ukraynanın "Polesye" klubunun futbolçusu Fakundo Batistanın evinin pəncərəsi Rusiyanın artilleriya hücumu zamanı zərər görüb.
Sportnet.az Sport890 nəşrinə istinadən xəbər veir ki, qorxuya düşən uruqvaylı hücumçu komandanı tərk etməyə can atır.
O, agentinə müraciətində başqa kluba keçidini sürətləndirməsini xahiş edib.
Ən mümkün variant Batistanı qaytarmaq istəyən Uruqvay "Penyarol"udur. Lakin 26 yaşlı forvard üçün çoxlu pul xərcləyən Jitomir təmsilçisinin ona güzəşt edəcəyi sual altındadır.
Qeyd edək ki, Fakundo Batista bu mövsüm 13 oyunda 6 qol vurub və 1 məhsuldar ötürmə verib. "Polesye" azarkeşləri onu fevral-mart aylarının ən yaxşı futbolçusu seçiblər.