
İngiltərənin "Liverpul" klubu yeni transferini açıqlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi Macarıstanın "Puşkaş Akademiyası" komandasından qapıçı Armin Peçini heyətinə qatıb.
İngiltərə çempionu 20 yaşlı qolkiperlə imzaladığını müqavilənin detallarını açıqlamayıb.
Peçi ötən mövsüm Macarıstan çempionatında 30 matçda iştirak edib və komandasının ikinci yeri tutmasında əsas pay sahiblərindən olub.