
"Tottenhem"in yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
London təmsilçisi baş məşqçi vəzifəsinə "Brentford"un çalışdırıcısı Tomas Frank təyin edəcək.
Bildirilir ki, "Brentford" 12 milyon avro müqavilində Frankı sərbəst buraxmağa razılaşıb. Yaxın günlərdə təyinatın rəsmən açıqlanacağı gözlənilir.
Xatırladaq ki, iyunun 6-da “Tottenhem” Ange Postekoqlu ilə yollarını ayırıb. Geridə qalan mövsüm komanda onun rəhbərliyi altında Avropa Liqasının qalibi olmuşdu. Bu, İngiltərə klubunun 2008-ci ildən bəri qazandığı ilk kubok olub.