
Futbolun İnkişaf Fondu UEFA-nın Uşaq Fondu tərəfindən mükafatlandırılıb.
Bu barədə Sportnet.az-a qurumun icraçı direktoru Tural Piriyev məlumat verib.
"UEFA Foundation for Children" ənənəvi olaraq üzv assosiasiyalar tərəfindən namizəd göstərilən qurumları uşaqların müdafiəsi sahəsindəki nümunəvi fəaliyyətlərinə görə təltif edib.
Bu il 1 milyon avroluq mükafat fondu 26 seçilmiş təşkilat arasında bərabər şəkildə bölüşdürüləcək. Futbolun İnkişaf Fondunun da sırasında olduğu qaliblərin hər biri 38 500 avro məbləğində maliyyə vəsaiti alacaq.
Qeyd edək ki, FİF 2023-cü ildə də bu mükafata layiq görülüb.