
“Mançester Siti” klubu “Lion”un yarımmüdafiəçi Rayan Şerkini transfer edib.
Sportnet.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytında məlumat yayılıb.
Məlumata görə, “şəhərlilər” 21 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə bağlayıb.
“Mançester Siti”nin Fransa millisinin futbolçusunun keçidinə görə 40 milyon avro ödədiyi bildirilir.
Qeyd edək ki, Şerki 2020-ci ildən “Lion”un əsas komandasında oynayıb. Bu müddət ərzində o, bütün yarışlarda 185 oyun keçirib, 29 qol vurub və 45 məhsuldar ötürmə edib.