“Milan”ın sabiq futbolçusu Cennaro Qattuzo İtaliya millisinin yeni baş məşqçisi ola bilər.

 

Sportnet.az xəbər verir ki, bu barədə İnsayder Canluka Di Martsio məlumat yayıb.

 

Onun sözlərinə görə, İtaliya Futbol Federasiyası əvvəlcə vakant vəzifəyə Klaudio Ranyeri və ya Stefano Piolini dəvət etməyi planlaşdırırdı. Lakin hər iki mütəxəssis bu təklifləri rədd edib.

 

İndi əsas namizəd 47 yaşlı Qattuzodur.

İyunun 8-də Luçano Spaletti İtaliya millisindən ayrıldığını açıqlayıb.

 

Qeyd edək ki, İtaliya millisinin sabiq futbolçusunun son iş yeri Xorvatiyanın “Hayduk” klubu olub. Qattuzo bu komandadan iyunun əvvəlində ayrılıb.