
Tomas Frank İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi təyin edilib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumata görə, 51 yaşlı mütəxəssislə müqavilə 2028-ci ilə qədər qüvvədədir.
Yada saalq ki, “Tottenhem” avstraliyalı Anjelos Postekoqlu baş məşqçi postundan uzaqlaşdırıb. Ötən mövsüm İngiltərə çempionatını 17-ci pillədə başa vuran londonlular 2008-ci ildən sonra ilk rəsmi kubokunu qazanaraq, Avropa Liqasının qalibi olub.