
"Qarabağ" rəhbərliyi komandadan ayrılan futbolçuların əvəzinə daha yaxşılarını transfer etməyə çalışır.
Bu barədə Sportnet.az-a klubun direktoru Emrah Çelikel məlumat verib.
Onun sözlərinə görə, komandadan gedənlər yenə ola bilər. Çelikel yeni transferlər barədə reallaşdıqca məlumat veriləcəyini əlavə edib.
Qeyd edək ki, hələlik "Qarabağ"ı Yassin Benzia, Marko Veşoviç, Patrik Andrade və İsmayıl İbrahimli tərk edib.