
ABŞ-da keçiriləcək klublararası dünya çempionatında 81 ölkə təmsil olunacaq.
Sportnet.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşıdakı mundial ən inklüziv klub turniri olacaq.
Azərbaycandan heç bir futbolçu yarışda iştirak etməyəcək. Lakin bütün qonşu ölkələr - hətta Rusiyadan olan futbolçular da ABŞ-a yollanacaqlar. Bunlar Fransa PSJ-sinin və ABŞ-ın "Sietl Saunders" komandasının qapıçıları Matvey Safonov və Endryu Tomas, eləcə də Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun cinah yarımmüdafiəçisi Malkomdur.
Tomas əslən ABŞ-dan, Malkom Braziliyadan olsa da, Rusiya vətəndaşlığına da malikdirlər.
Qeyd edək ki, 15 iyun – 13 iyulda keçiriləcək klublararası dünya çempionatına 32 klub qatılacaq.