
Türkiyənin “Fənərbağça" komandasının futbolçusu Edin Ceko karyerasını İtaliyada davam etdirəcək.
Sportnet.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, 39 yaşlı hücumçu "Fiorentina" ilə razılaşıb.
A Seriyası təmsilçisi bosniyalı oyunçu ilə müddəti 2027-ci ilin yayına qədər olan müqavilə bağlayacaq. O, illik 1,5 milyon avro məvacib alacaq.
Ceko daha əvvəl İtaliyada “Roma” və “İnter”in şərəfini qoruyub.
Qeyd edək ki, Edin Cekonun “Fənərbağça” ilə müqaviləsi iyunun 30-na qədərdir. O, son mövsüm ərzində iştirak etdiyi 54 oyunda 21 qol və 8 məhsuldar ötürmə müəllifi olub.