
Fələstinin "Cəbaliyə" klubunun futbolçusu Abdulla Mazen Havila İsrailin hücumları nəticəsində ölüb.
Sportnet.az -ın xəbərinə görə, bu barədə Fələstin Futbol Federasiyası məlumat yayıb.
Hadisənin təfərrüatları açıqlanmayıb.
Xatırladaq ki, 25 yaşlı yarımmüdafiəçi əvvəllər BƏƏ-nin "Əl-Ayn" və "Dubay Siti" komandalarında çıxış edib.