
Fransanın PSJ klubunun və Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya Kriştianu Ronaldu ilə Lionel Messi arasında müqayisə aparıb.
Sportnet.az-ın məlumatına görə, 24 yaşlı hücumçu bu barədə "Faze Jason"a açıqlama verib.
"Ronaldo, yoxsa Messi? Ronaldunun oyunu xoşuma gəlir, amma Messi başqa planetdəndir", - deyə o vurğulayıb.
Qeyd edək ki, Xviça Kvaratsxeliya 2024/2025 mövsümündə PSJ-nin heyətində Fransa çempionluğu, ölkə kuboku və UEFA Çempionlar Liqasını qazanmaqla, "trebl" edib. Onun Paris klubu ilə müqaviləsi 2029-cu ilə qədərdir.